Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

YAP-dan növbədənkənar parlament seçkiləri ilə bağlı -QƏRAR

YAP-dan növbədənkənar parlament seçkiləri ilə bağlı QƏRAR

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

Yenixeber.org: YAP İdarə Heyətinin iclasında ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğu, əhalinin rifah halının daha da yüksəldiyi, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyi və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyi diqqətə çatdırılıb. 

Qeyd olunub ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Bu baxımdan 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə  keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud  qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir. Çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti müzakirələrin yekunu olaraq 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakla bağlı qərar qəbul edib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam