Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Elman Nəsirova seçicilərindən böyük dəstək var

 

 1 noyabr 2015-ci il tarixdə V çağırış Milli Məclisə keçiriləcək seçkilərə sayılı günlər qalmaqdadır. Bununla əlaqədar olaraq ölkəmizdə namizədlərin təbliğat-təşviqat kampaniyası keçirilir. 

"Xeberinfo.com":   Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən irəli sürülmüş Nəsirov Elman Xudam oğlunun Ağdaş rayonundan olan seçicilərlə görüşləri davam edir. Növbəti görüş bu gün rayonun Qəsil kəndində Qəsil, Qarağan Şıxlar, Qulbəndə və Şordəhnə kəndlərindən olan seçicilərlə keçirildi. Seçicilərin çox böyük maraqla qatıldıqları görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin Təbliğat qrupunun rəhbəri Qalib Həsənov açaraq Milli Məclis üzvlüyünə namizəd Elman Nəsirov haqqında seçicilərə geniş məlumat verərək ölkəmizdə keçirilən bütün seçkilərdə ağdaşlıların yüksək əhval-ruhiyyə ilə iştirak etdiklərini qeyd etdi, Yeni Azərbaycan Partiyasının  və onun sədri, ölkə prezidenti cənab İlham Əliyevin  Respublikamız üçün gördüyü işlərin bir qismini görüş iştirakçılarının diqqətinə çatdırdı. 

Seçicilərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının namizədi Elman Nəsirov onlarla görüşündən məmnun olduğunu qeyd etdi və  seçicilərin Milli Məclis seçkilərinə maraqla yanaşdıqları üçün onlara öz minnətdarlığını bildirdi. Daha sonra Azərbaycan xalqının yekdilliklə dəstəklədiyi Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün gördüyü misilsiz işlərdən və Partiyanın beynəlxalq əlaqələrindən söz açaraq görüş iştirakçılarını bundan sonra da Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşməyə  çağırdı. 

Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi tərəfindən kəndlərdə yaradılan yerli Təbliğat qruplarının üzvləri Şordəhnə kənd ağsaqqalı Şahin Əhmədov, Qulbəndə kənd ümumi orta məktəbinin müəllimi Kamil Mustafayev, Qarağan Şıxlar kənd Qadınlar şurasının sədri Səadət İbrahimova,  Qəsil kənd tam orta məktəbinin müəllimi Ramazan Cabbarov və Qəsil kənd Ağsaqqallar şurasının sədri Əyyub Şavəddinov öz ürək sözləri və fikirlərini səsləndirmiş, ağdaşlıların öz ənənələrinə sadiq qalaraq  1 noyabr  2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olan Elman Nəsirovu yekdilliklə dəstəkləyəcəklərini və bununla da Yeni Azərbaycan Partiyasının “Yeni hədəflərə doğru!” irəliləməsinə öz töhfələrini verəcəklərini bəyan etdilər.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam