Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

YAP seçkiyə hazırlığa start verdi-Qərar

 

YAP seçkiyə hazırlığa start verdi

Sentyabrın 13-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Yenixeber.org: Partiyanın rəsmi saytı bildirir ki, iclasda Yeni Azərbaycan Partiyasının 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib, İcra Katibliyinin cari ilin iyun, iyul, avqust aylarında görülən işlərinə dair hesabatı dinlənilib.

Qeyd olunub ki, bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilib tədbirlər planına uyğun olaraq həyata keçirilir. Cəmiyyətdəki yüksək nüfuzu və zəngin seçki təcrübəsi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanılacağına əminlik ifadə edilib.

İclasda YAP İcra Katibliyinin ötən üç ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilib, onların, nəinki partiyanın həyatında, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirildiyi nəzərə çatdırılıb.

İclasda həmçinin, bir sıra cari məsələlər müzakirə edilib və müvafiq qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam