Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTRŞ əkizlərə görə “Xəzər” tv-yə xəbərdarlıq etdi

 

Milli Televiziya və Radio Şurası Xəzər televiziyasına xəbərdarlıq edəcək

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə AzVision.az–a MTRŞ-ın mətbuat xidmətinin rəhbəri Toğrul Məmmədov məlumat verib. O, bildirib ki, Konstitusiyanın tələbinə uyğun olaraq dövlət rəmzlərinə hörmətsizlik Cinayət Məcəlləsində cinayət məsuliyyəti kimi nəzərdə tutulub: 
“Amma müğənnilərin etdikləri hərəkətlər dövlət valyutasına hörmətsizlikdir. Bu da onların milli dəyər problemini ortaya qoyur”. 
MTRŞ sözçüsü onu da bildirdi ki, məsələ ilə bağlı rəsmi şəkildə Xəzər televiziyasına irad tutulacaq: 
“Təbii ki, Milli Televiziya və Radio Şurası televiziyaya irad tutacaq. Milli dəyərində problem olan insanların, tamaşaçıda qıcıq yaradan şəxslərin efirə buraxılmasına baxılacaq ”-deyə Toğrul Məmmədov bildirib. 
Qeyd edək ki, bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verlişində dövlətimizi və millətimizi təhqir edən hərəkətə yol verilib. Belə ki, verliş başlar-başlamaz verilişin aparıcıları olan Sevil-Sevinc bacılarından biri kadr arxasından verilən Azərbaycan manatını alaraq digər əkizinə ötürüb. Digər bacı isə manatı musiqi sədaları altında cırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam