Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

XİN-dən girovlarla bağlı açıqlama

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində görülən işlərdən danışıb.
 
"Xeberinfo.com":  Məlumata görə, Nazirlik rəsmisi Lent.az-a açıqlamasında bildirib ki, soydaşlarımızın girov götürülməsi dövründə onların azad edilməsi Azərbaycan hökumətinin gündəliyində duran ən ciddi məsələlərdən biri olub: “Bununla əlaqədar ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə xüsusilə mütəmadi danışıqlar aparılmış və onlarla aparılan danışıqlar bu məsələ daim müzakirə mövzusu olub. Təəssüf ki, 2014-cü ildə soydaşlarımızın azad olunması mümkün olmayıb. Bu da qarşı tərəfin siyasətindən daha çox irəli gəlir. Onlar üzərində qurama bir məhkəmə təşkil olunub və bunun heç bir hüquqi əsası yoxdur, heç bir hüquqi mahiyyət də kəsb edə bilməz. 2015-ci il ərzində soydaşlarımızın azad edilməsi istiqamətində XİN-in fəaliyyəti davam etdiriləcək və bununla bağlı digər dövlət qurumları ilə iş aparılır".
 
 
Xatırladaq ki, soydaşlarımız üzərində qurulan qondarma məhkəmənin qərarıyla Dilqəm Əsgərova ömürlük həbs cəzası verilib. Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam