Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

XİN-dən kəlbəcərli girovlarla bağlı bəyanat

 

Qondarma “Dağlıq Qarabağ respublikası”nın “apelyasiya məhkəməsi”nin heç bir hüquqi statusu yoxdur və buna görə də onun verdiyi istənilən qərarın heç bir hüquqi qüvvəsi olmayacaq 

"Xeberinfo.com":   “Qafqazinfo”nun məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib.
Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışan H.Hacıyev qeyd edib ki, onlar erməni silahlı qüvvələri tərəfindən girov götürülüb: “Bu hərəkətlər Cenevrə konvensiyasının və beynəlxalq humanitar hüququn birbaşa pozulmasıdır. Bununla da Ermənistan bu hərəkətə görə birbaşa məsuliyyət daşıyır. Ermənistana qarşı tələbimiz ondan ibarətdir ki, o, beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyası çərçivəsində girovlarımızın azad edilməsi üzrə öhdəliklərini yerinə yetirsin”.
O bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin yüksək vəzifəli nümayəndələri tərəfindən Ermənistan qarşısında qaldırılan bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətlə koordinasiyanı və əməkdaşlığı davam etdirir: “Lakin təəssüf ki, Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətin tələblərinə və beynəlxalq humanitar hüquqlara tam etinasızlıq görürük”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam