Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Türkiyə XİN-dən ABŞ-ın “erməni soyqırımı” mövqeyinə müsbət: "Bununla qisas alacaqlarını düşünürlərsə, yanılırlar"

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının bu gün “ABŞ-ın “erməni soyqırımı”na münasibətini təsdiqləyən 96 H.Res.296” saylı qətnaməsini sərt şəkildə rədd edib. 

Yenixeber.org: Türkiyə XİN-dən verilən açıqlamada bildirilib ki, daxili siyasətə hesablanaraq qəbul edilən bu qərarın heç bir tarixi və hüquqi əsası yoxdur: “Barış bulağı” Hərəkatımızın qarşısını ala bilməyib bundan məyus olanlar bu yolla ölkəmizdən qisas alacaqlarını düşünməkdə yanılırlar. Çünkü bu qərarın Türkiyə hökuməti və xalqı qarşısında heç bir etibarı yoxdur”.

Açıqlamada daha sonra bildirlib ki, ABŞ-dakı erməni lobbisi və Türkiyə əleyhdarlarını məmnun edəcək bu qərar siyasi bir addım olmaqdan başqa bir anlam daşımır: “Qərar, eyni zamanda, 1948-ci ildə qəbul edilmiş “Soyqırımın qarşısının alınması haqqında” Konvensiyanın müddəalarına zidd olaraq soyqırım tələb etdiyinə görə ABŞ qanunlarına və beynəlxalq hüquqa ziddir.

Beynəlxalq hüquqda 1915-ci il hadisələrino “soyqırım” olara tanıyam bir qərar yoxdur. Əksinə, Avropa İnsan Haqları Məhkəməsi bunun qanuni mübahisə olduğunu qəbul edib. 

Bu xüsusda baş verən hadisələr siyasət sahəsi deyil, tarix elminin sahəsidir. Türkiyənin “Ortaq Tarix Komissiyası” qurulması istiqamətində 2005-ci ildə etmiş olduğu təklifin Ermənistan tərəfindən rədd edildiyi xatırlanmalıdır.

Beynəlxalq və regional təhlükəsizlik baxımından fövqəladə həssas bir dövrdə alınan bu qərar Türkiyə və ABŞ əlaqələrini çətinə salmağa istiqamətlidur və bu qərarın ABŞ-ın milli maraqlarına verdiyi və verəcəyi zərərlərin təqdiri Amerikalı siyasətçi və idarəçilər ilə ABŞ xalqınındır. Digər tərəfdən, ABŞ hakimiyyətinin 1915-ci il hadisələrinə münasibətinin dəyişmədiyi qeyd olunur”.

Sonda açıqlamada bildirlib ki, Türkiyə və ABŞ arasındakı müttəfiqlik bağının və dostluq əlaqələrin davamına dəstək verən Amerikadakı Türkiyənin dostları bu dəhşətli səhvi sorgulayacaq: “Və buna görə məsuliyyət daşıyanların ABŞ xalqı tərəfindən ittiham oluanacağına inanırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam