Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Avropa Parlamenti “erməni soyqırımı” tanındı

 

Avropa Birliyinə daxil olan ölkələr 24 apreli “erməni soyqırımı”günü kimi qeyd edəcək; Türkiyəyə də müraciət olundu: “Sən də tanı!”

 

Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə  bağlı sənədi qəbul edib. BBC xəbər verir ki, parlament müzakirələrini Xarici İşlər Komitəsinin sədri  Elmar Brok açıb:“Həmin dönəmdə 1 milyondan çox erməni həyatını itirib. Biz onları unutmamalıyıq. O insanların öldürüldüyünü unutmamalıyıq. Bu bir soyqırımdır”.
 
"Xeberinfo.com":   Avropa Xalqları Partiyasının (European People's Party) Rumıniyalı deputatı Preda Cristian Dan da çıxışında  Türkiyınin "soyqırımı qəbul etməsinin erməni və türk xalqları arasında uzlaşmanın" təmin olunması üçün vacib olduğunu deyib. 
Avropalı Mühafizəkarlar və İslahatçılar qrupundan Belçikalı Mark Demesmaeker də parlamentarları gündəlikdəki məsələsinin lehinə səs verməyə çağırıb: "Bu türk xalqına, ya da Türkiyə liderlərinə qarşı deyildir. Sadəcə tarihi doğru tanımağa yönəlik addımdır”.  
Oturumda söz alan Portuqaliyalı Xristian Demokrat Paulo Rangel prezident Rəcəp Tayyip Ərdoğanın Papa Françesco haqqında dediklərini də tənqid edib: "Papaya xaç atası kimi müraciət edə bilməzsiniz".
Çıxışlardan sonra sənəd müzakirəyə çıxarılıb və səsçoxluğu ilə qəbul edilib.
Qərar Türkiyədə bomba effekti verib. Sərt və kəskin təpkilər var. Prezident Ərdoğan qərarın qəbuluna saatlar qala demişdi ki, AP nə qərar versə, bizim bir qulağımızdan girər, digərindən çıxar. 
Türkiyə xarici işlər nazirliyi AP-nin bu qərarına kəskin reaksiya verib. Orada bildirilir ki, Avropa Parlamenti xətaya yol verib:  "Avropa Parlamenti qəbul etdiyi bu qərarla, bir zamanlar da  beynəlxalq hüquqa zidd olaraq və səlahiyyət hədiini aşaraq həyata keçirtdiyi xatanı təkrarlaylb". 
"Musavat.com"

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam