Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa Parlamenti “Barış bulağı” ilə bağlı qətnamə qəbul etdi- Türkiyə XİN sənədi qərəzli adlandırdı

Avropa Parlamenti Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış bulağı” hərəkatını pisləyən qətnamə qəbul edib.

Yenixeber.org: Parlamentarilər Türkiyəyə bütün qüvvələrini Suriyadan çıxarmağa dair çağırış ediblər.

Qətnamədə bildirilib ki, Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlar beynəlxalq hüquqla ziddiyyət təşkil edir.

Suriyanın şimalında BMT-nin nəzarəti altında təhlükəsiz zonanın yaradılmasının vacibliyi vurğulanıb.

Avropalı parlamentarilər tutulan İŞİD döyüşçülərinin Suriyanın şimalındakı düşərgələrdən qaçması ilə bağlı məlumatlardan ciddi narahat olduqlarını bəyan ediblər.

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin məlum qətnaməsi ilə bağlı bəyanat yayaraq bunu qınayıb.

“Terrorçuları daimi olaraq parlamentlərində qarşılayanların qəbul etdiyi bu qərar əslində təəccüblü deyil. Əvvəlcədən də qeyd olunduğu kimi, “Barış bulağı” hərəkatı beynəlxalq hüquqa əsaslanaraq terrorizmlə mübarizə çərçivəsində aparılıb. Avropa İttifaqı və NATO tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriya qanadı olan PYD/YPG-yə məxsus sığınacaqlar, hərbi texnikalar hədəf seçilib, mülki əhalinin və onlara məxsus yaşayış yerlərinin zərər görməməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Eyni zamanda, “Barış bulağı” hərəkatının legitimliyi ABŞ və Rusiya ilə əldə edilən razılaşmalarda öz təsdiqini tapıb”, – deyə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Avropa Parlamenti bunlara baxmayaraq, Türkiyəyə qarşı həqiqətdən uzaq və qərəzli qərar qəbul edib: “Avropa Parlamenti Suriyadakı PKK/PYD/YPG və İŞİD terror təşkilatları və qanunsuz miqrasiya ilə mübarizə aparan Türkiyə ilə həmrəy olmaq əvəzinə, terror təşkilatının əsassız iddialarına etibar edib. Məlum qərar Avropa Parlamenti ilə Türkiyə arasında əməkdaşlıq mühiti yaratmaq cəhdlərinə xidmət etmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam