Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Rusiya İrana silah satmaqdan imtina edib-İsrailə görə

 

Rusiya İsrail üçün İranla hərbi sənaye sahəsində bir sıra layihələrindən vaz keçib.

Yenixeber.org: Bunu İsrail baş nazirinin müşaviri Ariyel Bulşteyn də təsdiq edir.

A.Bulşteyn “İsvestiya” qəzetinə verdiyi müsahibədə Kremlin İsrailin xahişi ilə İrana bir sıra yüksək texnologiyalı hərbi texnikanı vermədiyini bildirib.

Onun sözlərinə görə, yəhudi dövləti rəsmi Moskvanın bu jestini cavabsız qoymayıb və o da Rusiyanın “həssas” olduğu bölgələrə hərbi texnika və ləvazimat tədarük etməyib.

Bulşteyn bunun üçün Ukrayna ilə bağlı prosesi nümunə göstərib. Belə ki, 2014-cü ildə İsrail rəsmi Kiyevə “Aeronautics Defense Systems” şirkətinin pilotsuz uçan aparatlarını satmayıb.

Rusiya isə yaxın müttəfiqi olmasına rəğmən, İrana “İsraili Yer üzündən siləcək” “S-400” raketlərinin satılması məsələsində rədd cavabı verib.

Rəsmi Moskva bunu Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxarcağı ilə əasaslandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam