Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil” – Sahil Babayev

“Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər”.

Yenixeber.org: Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərin Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqinin mümkün olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir: “4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər”.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil: “Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər”. (apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam