Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nikol Paşinyan - terrorçularla ittifaq qurdu

“Sasna Tsrer” terror partiyasının lideri Jirayr Səfilyan Ermənistan mediasına baş nazir Nikol Paşinyanla danışıqların nəticələri barədə məlumat verib.

Yenixeber.org:   Sentyabrın 5-də factor.am erməni saytında J.Səfilyanla müsahibə dərc edilmişdi. Baş nazir Nikol Paşinyan elə həmin gün-sentyabrın 5-də terrorçu lider J. Səfilyanı və partiyasının Siyasi Şurasının üzvü Garegin Çugasyzyanı qəbul etdi.

“Köhnə rejimdən miras qalan problemlərdən danışdıq. Əsas odur ki, gördüyümüz təhdidlərdən xəbərdarıq və bu barədə xəbərdarlıq edəcəyik. Ümid edirik ki, bu istiqamətdə ünsiyyət daha sıx olacaq ... Hamımız sabiqlərin qisas almağa necə hazırlaşdıqlarını görürük. Biz bu qisasa imkan verməyəcək qüvvəyik. Qalan təfərrüatlar barədə gələcəkdə açıqlama verəcəyik",-deyə Səfilyan qeyd edib.

Xatırladaq ki, "Sasna Tsrer" silahlı dəstəsi 17 iyul 2016-cı ildə Yerevanın patrul xidməti alayının binasını ələ keçirdi, girovlar götürdü və prezident Serj Sarkisyanın istefasını tələb etdi.

Hücumdan iki həftə sonra bütün yaraqlılar hakimiyyət orqanlarına təslim oldular. Lakin N. Paşinyan hakimiyyətə gələndən sonra alayın ələ keçirilməsində iştirak edən bütün terrorçular həbsxanalardan azad edildilər.

Silahlı qrup “Sasna Tsrer” isə siyasi partiya kimi qeydiyyata alındı.

Aparıcı erməni analitiklərinin fikrincə, siyasi vəziyyətin gərginləşməsi və N. Paşinyanla “Qarabağ qrupu”adlanan dəstə arasında dərinləşən qarşıdurma hakimiyyəti şəxsən baş nazirə sadiq silahlı dəstələr yaratmağa məcbur edir.

Və Səfilyanın açıqlaması erməni cəmiyyətinin müxalif hissəsinə N. Paşinyanın hakimiyyətini qorumaq üçün ən ekstremal üsullara əl atacağı barədə bir xəbərdarlıqdır...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam