Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ekspert ABŞ-ı İrəvana maliyyə yardımını dayandırmağa çağırdı

 

Amerikanın “The Daily Caller” qəzeti Beqin-Sadat Strateji Tədqiqatlar Mərkəzinin eksperti, “Wikistart” Geostrateji Təhlil Agentliyinin baş analitiki Aleksandr Murinsonun “Əgər ölkəni sevirsənsə, onu azad et

"Xeberinfo.com":  Məlumata görə, "Ermənistana yardımın dayandırılması haqqında düşüncələr” sərlövhəli məqaləsini dərc edib.
Ekspert məqalədə Ermənistanın siyasi reallıqları, bu ölkənin ABŞ hökuməti tərəfindən Amerikanın tərəfdaşı rolunda düzgün qəbul edilməməsi haqqında yazır və bunu “kor-koranə dəstək” adlandırır.
A.Murinson yazır ki, elə yaxın vaxtlarda İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə qərarında Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanın silahlı qüvvələrinin nəzarətində olduğunu bildirib. O qeyd edir ki, qonşu dövlətin ərazisinin Ermənistan tərəfindən işğalı çoxdan məlum olan bir faktdır ki, buna Amerika hökuməti layiqincə diqqət yetirmir. Əlavə olaraq, Riqada Şərq Tərəfdaşlığının sonuncu sammitində Avropa İttifaqı “Ermənistanın Avropa və Birləşmiş Ştatların maraqlarına münasib olmadığını” təsdiqləyib, onun Rusiya ilə münasibətlərdən hələ də asılı olduğunu bildirib.
Azərbaycan və Gürcüstan regionda gələcək qurduqları halda, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü və bu ölkənin torpaqlarını işğal etməsi səbəbindən regionun enerji layihələrindən kənarda qalıb. A.Murinson qeyd edir ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur. Həmçinin ölkənin bir çox strateji iqtisadi obyektləri, o cümlədən enerji, nəqliyyat, bank və telekommunikasiya sektoru əsasən Rusiya şirkətlərinin əlindədir.
Müəllif sonda bildirir ki, xarici siyasəti Amerika ilə bir araya sığmayan Ermənistan ABŞ-ın maraqlarına uyğun deyil. Ancaq Vaşinqtondan kifayət qədər maliyyə yardımı alır. Buna görə də ABŞ Ermənistana münasibətdə ölçü götürməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam