Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pentaqon rəhbəri yeni müdafiə sistemini müzakirə edəcək

 

ABŞ Müdafiə naziri Eşton Karter NATO müttəfiqləri ilə şərqdə Rusiyadan, cənubda isə İslam Dövləti qrupundan gələn yeni təhlükələrə cavab strategiyasını müzakirə etmək üçün bu həftə Avropaya səfər edəcək.
"Xeberinfo.com":  O, müttəfiqləri Avropanın qarşılaşdığı təhlükələrə cavab vermək üçün birgə işləməyə təşviq etmək məqsədilə Almaniya, Estoniya və Belçika rəsmiləri ilə görüşlər keçirəcək.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Eşton Karterin NATO-nu Rusiyanın Krımı ilhaq etməsi və Ukraynada separatçılara dəstək verməsinin ardınca “soyuq müharibə dövrünün sxemini hazırlamağa” çağıracağı gözlənilir.
NATO-nun iclasında müdafiə nazirləri alyansın İraqda İslam Dövləti qrupuna qarşı mübarizədə iştirakının artırılması planını da müzakirə edəcəklər.
Eşton Karter eyni zamanda, ABŞ-ın Şərqi Avrpopada bir briqadanın hərbi təlimlər və başqa təlim proqramlarına hazırlaşdırmaq məqsədilə kifayət sayda tank, hərbi maşınlar və başqa hərbi texnika ilə təchiz edilməsi təklifini də müzakirə etməlidir. ABŞ müdafiə naziri hələlik bu təklifi rəsmən təsdiq etməyib. Rəsmilər isə hərbi texnikanın haraya göndəriləcəyi haqda bir söz deməsə də, bu ölkənin Rusiya ilə sərhəddə yerləşən Polşa olacağına işarələr var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam