Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Tramp - impiçment prosedurunu başladan demokratları quldur adlandırdı

ABŞ prezidenti Donald Tramp hazırda Demokrat partiyasının nəzarət etdiyi Nümayəndələr palatasında impiçment prosedurunun başlanması ilə bağlı məsələyə toxunub.

Yenixeber.org:  Birləşmiş Ştatların dövlət başçısı həmin prosesin dayandırılması üçün hansısa hüquqi üsulların tapılmasının vacibliyindən danışıb. Ağ Evin rəhbərinin fikrincə, bu məhkəmə vasitəsilə də həyata keçirilə bilər.

“Demokratların bu ölkəyə etdikləri əsl rüsvayçılıqdır. Buna yol vermək olmaz. Bunu hansısa yolla, əgər imkan varsa, hüquqi vasitələrlə durdurmaq lazımdır”,- deyə Donald Tramp BMT Baş Assambleyasının növbəti sessiyasında işitrak etdiyi Nyu-Yorkdan dönüşündə, Vaşinqtonun “Endryus” hava bazasında jurnalistlərin suallarına cavab verərkən bildirib.

Amerika liderinin firkincə, administrasiyaya edilən hücumlar Demokrat partiyasının üzvlərini qanunvericilik prosesindən yayındırır. “Bu adamlar bizim ölkənin irəliləyişində əsl əyləc rolunu oynayırlar. Bunların ucbatından nə silahlara nəzarətdən, nə də ümumiyyətlə, heç bir şeydən danışa bilmirik”,-deyə D. Tramp qeyd edib.

ABŞ prezidenti demokratları “xaincə hücum edən quldurlar” adlandırmaqdan çəkinməyərək, müxalif qüvvəni seçkidə qalib gələ bilməyəcəyini anladığı üçün bu cür yollara əl atdığını deyib.

Daha sonra Donald Tramp prezidentliyi dövründəki “böyük xidmətlərindən” danışıb. Onun iddiasına görə, rəhbərlik etdiyi administrasiya 2 il yarım ərzində heç bir prezidentin əldə etmədiyi nailiyyətləri qazanıb. “Biz dünyanın ən yaxşı iqtisadiyyatına və ordusuna malikik”,-deyə prezident özünü öyməkdən yorulmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam