Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Poroşenkoya qarşı impiçment proseduru başladılır

 

 
Poroşenkoya qarşı impiçment proseduru başladılır
31 martda Ukraynada keçiriləcək seçkilərdə prezidentliyə namizəd, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko bəyan edib ki, onun fraksiyası Ali Radadakı (parlament) digər deputatlarla birlikdə hazırkı prezident Pyotr Poroşenkoya qarşı impiçment proseduru başladırlar. 
 Yenixeber.org: Timoşenko bunun səbəbini Ukrayna ordusunda irimiqyaslı korupsiya və dövlət vəsaitlərinin mənimsənilməsinə dair aparılan jurnalist araşdırmasının üzə çıxardığı faktlarla əlaqələndirib. 

“Jurnalistlərin aşkarladığı faktlar Ukrayna Cinayət Məcəlləsinin 112-ci - dövlətə xəyanət maddəsilə uyğun gəlir” – Timoşenko parlamentdəki çıxışında bildirib. 

Ukrayna konstitusiyasına əsasən, əgər prezident dövlətə xəyanət edibsə və ya digər cinayət üstündə yaxalanıbsa impiçment yolu ilə onun vəzifədən uzaqlaşdırılması proseduru başladıla bilər. Bunun üçün parlamentdə müvəqqəti istintaq komisisyası yaradılır və müvafiq dəlillər toplanır. Daha sonra həmin sübutlar əsasında Ali Rada 226 səslə dövlət başçısına qarşı impiçment prosedurunun başladılmasına dair qərar qəbul. İmpiçment barədə qərarın qəbulu üçün isə parlamentdəki 300 deputatın səsi tələb olunur. Lakin bütün bu proseslərdən əvvəl Ukrayna Konstitusiya Məhkəməsi impiçment prosedurunun leqitimliyi barədə, Ali Məhkəmə isə prezidentin həqiqətən də cinayət törətdiyinə dair müvafiq qərarlar verməlidirlər. 

Qeyd edək ki, bu yaxınlarda “Bihus.info” Ukrayna müdafiə sənayesi kompleksində irimiqyaslı mənimsəmələrlə bağlı araşdırma materialları dərc edib. Həmin yazılarda iddia olunur ki, prezident Poroşenkoya yaxın vəzifəli şəxslər 2016-cı ildən etibarən Ukraynanın müdafiə müəssisələrinə hərbi texnikalar üçün ehtiyat hissələrini öz qimətindən 300 faiz baha satıblar. Həmin məhsullar isə ya qaçaqmalçılıq yolu ilə Rusiyadan, ya da Ukrayna hərbi hissələrinin anbarlarından alıblar. Araşdırmanın müəllifləri bildiirblər ki, bununla da “Ukrooboronprom” dövlət müdafiə-sənaye kompleksindən 250 milyon qriven (9 milyon 258 min ABŞ dolları) məbləğində vəsait mənimsənilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam