Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Donald Tramp - UNO-lar barədə bəyanat verib

ABŞ prezidenti onların varlıqlarına inanmadığını, lakin həyatda hər şeyin mümkün olacağını söyləyib

Yenixeber.org: Birləşmiş Ştatların prezidenti Donald Tramp uçan naməlum obyektlərin (UNO) varlığına şübhə ilə yanaşdığını bildirib.

Bu barədə fikrini özünün sevimli “Fox News” kanalına müsahibəsində deyib. Lakin Tramp onların bir gün peyda ola biləcəyini istisna etmədiyini vurğulayıb.

“Detallara girmək istəmirəm. Ancaq şəxsən bu məsələdə olduqca şübhəliyəm”,-deyə Ağ Evin rəhbəri qeyd edib

Jurnalist prezidentdən başqa planetdən gələnləri gördüklərini söyləyən hərbi-hava qüvvələrinin pilotları barədə nə bildiyini soruşub. Dövlət başçısı onları hətta pilot olaraq belə adlandırmayıb.

“Bizdə bəzi cisimləri görən admlar var,-deyə D. Tramp bun söyləməklə kifayətlənib.

Qeyd olunur ki, bundan daha öncə, nüfuzlu “Politico” saytı keçən ayın 19-da ABŞ Senatı UNO-larla bağlı qapalı dinləmələr keçirdiyni xəbər vermişdi.

Burada hərbi-dəniz qüvvələrinin nümayəndələri senatorlara səmada naməlum obyektlərə rast gəldiklərindən danışıblar.

Virciniya ştatından senator Mark Uornerin (Demokrat partiyası) nümayəndəsinin söylədiyinə görə, Konqres bu məsələyə ilk növbətə pilotların təhlükəsizliyi baxımından olduqca ciddi yanaşır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam