Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

“Silahlarımız doludur, cavab gözləyirik” - Trampdan ərəblərə dəstək

“Silahlarımız doludur, cavab gözləyirik” - Trampdan ərəblərə dəstək
ABŞ prezidenti Donald Tramp "Saudi Aramco" şirkətinə məxsus zavodların üsyançı Husilərə məxsus pilotsuz uçuş aparatları vasitəsilə partladılmasına dair “Twitter” hesabında yeni açıqlama yayıb.
Yenixeber.org:  Tramp günahkarların kim olduğunu bildiklərini bəyan edib.

Səudiyyə Ərəbistanındakı neft zavodlarına hücum olub. Günahkarı bildiyimizə inanmaq üçün səbəbimiz var. Təsdiqdən asılı olaraq hədəfə kilidlənmişik və silahlarımız doludur. Ancaq Krallıqdan bu hücumu təşkil edənlərin kim olduğunu eşitməyi gözləyirik. Cavaba görə hərəkət edəcəyik”. – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp qeyd edib ki, zavodlara hücumdan sonra ABŞ-ın neft qiymətlərində dalğalanmanın olmaması üçün rezervlərdən “ehtiyaca görə” istifadə təlimatı verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"ya məxsus iki zavoda ötən şənbə günü pilotsuz uçuş aparatları ilə silahlı hücum olub. Baş verənlərə görə məsuliyyəti üsyançı Husilər öz üzərinə götürüb. Onlar 10 pilotsuz uçuş aparatlı ilə hücumu həyata keçirdiklərini etiraf ediblər. Xarici ekspertlər hesab edirlər ki, zavodlara hücumda İranın da əli var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam