Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yadigar Sadıqovun məhkəməsi təxirə salındı

 

 

    Yadigar Sadıqovun Şirvan şəhər Apelyasiya Məhkəməsində keçirilməli olan məhkəməsi təxirə salınıb.
   "xeberinfo.com": Məlumata görə, məhkəmənin təxirə salınmasının səbəbi zərərçəkən tərəfin məhkəməyə gəlməməsidir. Buna görə də hakim İsmayıl Əhmədov məhkəməni may ayının 20-nə təyin edib.
    Məlumata əsasən, Y.Sadıqovun məhkəməsində iştirak etmək üçün Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, habelə "Real" hərəkatının təmsilçiləri Şirvana gediblər.
    Qeyd edək ki, Y.Sadıqov Qarabağ əlili olduğu deyilən, amma sonradan narkoman olduğu üzə çıxan Lənkəran sakini Rəşid Kərimov adlı şəxsi döyməkdə ittiham olunub. Guya müsavatçı onu əlindəki mobil telefonu ilə vurub, xəsarət yetirib. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində 6 illik həbs cəzası çıxarılıb. 
    Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həbsi siyasi motivlərlə əlaqələndirir. 
   Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı öyrədilmiş adamların hücum etməsindən sonra Y.Sadıqova qarşı təzyiqlər başladı. Eyni zamanda jurnalist kimi tənqidi yazılarla çıxış etməsi, Lənkərandakı qanunsuzluqlar haqda yazması onu hədəfə çıxarıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam