Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabah Yadigar Sadıqovun apelyasiya məhkəməsidir

 

 

Müsavatçı məhbus məhkəməyə gətiriləcək, proses qismən istintaqla aparılacaq 

 

   "xeberinfo.com": Sabah - aprelin 29-da Müsavat başqanının müşaviri Yadigar Sadıqovun apelyasiya məhkəməsi keçiriləcək. Şirvan apelyasiya məhkəməsində proses saat 11:30-da başlayacaq. İşə hakim İsmayıl Əhmədov sədrlik edəcək. 
   
    Y.Sadıqovun özü də məhkəməyə gətiriləcək. Bu barədə müsavatçının hüquqlarını müdafiə komitəsindən verilən məlumatda deyilir ki, ötən prosesdə Y.Sadıqov məhkəməyə gətirilməmişdi, amma bu dəfə gətiriləcək. Məhkəmənin ilkin baxış prosesində müsavatçının işinə məhkəmə-istintaq aparılması ilə baxılması vəsatəti qismən təmin olunub. Ona görə də məhkəmə-istintaq olacağı gözlənilir. 
Komitə rəhbəri Elman Fəttah qeyd etdi ki, vəsatət qismən təmin edilərkən hansı hissəsi nəzərdə tutulduğu aydınlaşmayıb. 
 
    Amma məhkəmənin qismən istintaqla aparılması müsbət addımdır. Komitə rəhbəri bildirdi ki, müsavatçı məhbus saxlanma şəraitindən narazılıq etmir, səhhəti normaldır, qəzetlər ona oxumağa verilir. Şirvan apelyasiya məhkəməsinin qərarından sonra, əgər hökm qüvvədə saxlansa Y.Sadıqov Şüvəlan təcridxanasına köçürüləcək. Buradakı şərait isə heç də ürəkaçan deyil. 
    Komitə rəhbəri qeyd etdi ki, Y.Sadıqov apelyasiya məhkəməsində çıxışa hazırlaşıb, əhval-ruhiyyəsi yüksəkdir, qətiyyən ruhdan düşməyib və həbsinin sifariş olduğunu da yaxşı bilir. Onun sözlərinə görə, müsavatçı məhbus məhkəmədə heç də ədalətli qərar gözləmir və prosesin siyasi konyukturaya uyğun aparılacağını bilir. 
      Y.Sadıqov Qarabağ əlili olduğu deyilən, amma sonradan narkoman olduğu üzə çıxan Lənkəran sakini Rəşid Kərimov adlı şəxsi döyməkdə ittiham olunub. Guya müsavatçı onu əlindəki mobil telefonu ilə vurub, xəsarət yetirib. Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində 6 illik həbs cəzası çıxarılıb. 
   
    Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həbsi siyasi motivlərlə əlaqələndirir. 
   
   Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı öyrədilmiş adamların hücum etməsindən sonra Y.Sadıqova qarşı təzyiqlər başladı. Eyni zamanda onun jurnalist kimi tənqidi yazılarla çıxış etməsi, Lənkərandakı qanunsuzluqlar haqda yazması onu hədəfə çıxarıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam