Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyada hərbi hissədə partlayış:əhali panikaya düşdü, Şoyqu müavinini göndərdi-Video

 

Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərinin sakinləri yaxınlıqda yerləşən hərbi hissədə baş vermiş partlayışa görə tələsik evlərini tərk etməyə çalışır.

Yenixeber.org: Rusiya mənbələrin xəbər verir ki, hərbi hissənin ərazisində döyüş mərmilərinin bir-birinin ardınca partlaması eşidilir, insanlar kütləvi şəkildə maşınlarına oturub yaşayış məntəqəsini tərk etməyə çalışır. Baxmayaraq ki, hakimiyyət nümayəndələri insanları panikaya düşməməyə çağırır.

Hərbi hissədə partlayış bu gün baş verib, azı 4 nəfərin xəsarət aldığı bildirilir.

 

Sosial şəbəkələrdə yayılmış videokadrlarda yollarda tıxacın yarandığı görünür, yanacaqdoldurma məntəqələrində də ajiotaj yaranıb. Bir çoxları benzin götürə bilmədiyindən yolda qalıb.

Müdafiə naziri Sergey Şoyqu öz müavini, ordu generalı Dmitri Bulqakovu bir qrup mütəxəssisləri ilə birlikdə partlayışı araşdırmaq üçün Krasnoyarska göndərib.

Hərbi hissənin 20 kilometrlik radiusunda əhalinin evakuasiyası barədə qərar verilib. Hərbi hissənin anbarlarında 152 və 155 millimetrlik mərmilər var.(virtualaz)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam