Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyaya uçuşların dayandırılması- “Gürcüstan hava yolları”na 25 mln. dollar zərər vurub

Rusiyaya birbaşa aviadaşımaların qadağan olunması “Gürcüstan hava yolları” şirkətinə, təxminən, 25 mln. dollar zərər vurub.

Yenixeber.org: Bu barədə aviaşirkət məlumat yayıb.

Rusiyaya uçuşların dayandırılması Gürcüstanın əsas aviadaşıyıcısının maliyyə durumuna ciddi təsir edib. Aviaşirkət satılan biletlərinin 80%-ni geri qaytarmalı olub, bilet almaq istəyən sərnişinlərin sayı isə kəskin azalıb.

Şirkət rəhbərliyi maliyyə yardımı ilə bağlı Gürcüstan hökumətinə müraciət edib. Hökumət “Gürcüstan hava yolları”nın ağır maliyyə vəziyyətini nəzərə alaraq müraciəti nəzərə alıb və zərərin müəyyən hissəsini kompensasiya etməyə qərar verib.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa aviadaşımalara iyulun 8-dən qadağa qoyulub. Hazırda “Gürcüstan hava yolları” şirkəti Rusiyadan Yerevan vasitəsilə Ermənistanın tərəfdaş şirkətinin dəstəyi ilə Gürcüstana sərnişin daşıyır.

Gürcüstan hökumətinin qərarı ilə Rusiyadan tranzit uçuşlara 600 min avroya qədər subsidiya ödəniləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam