Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Rusiya XİN rəhbəri:“Postsovet məkanı ilə bağlı gündəmimiz birləşdirici xarakter daşıyır”

 

“Rusiyanın postsovet məkanı ilə bağlı gündəmi birləşdirici xarakter daşıyır”.

Yenixeber.org: Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib.

O, Moskvanın postsovet məkanı ilə bağlı gündəminin regionda yerləşən ölkələrin sosial-iqtisadi inkişafının stimullaşdırılmasına, inteqrasiya prosesinin uyğunlaşdırılmasına, kollektiv təhlükəsizliyin, təhlükə və çağırışlara qarşı birgə reaksiya potensialının möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib.

“Ukrayna, Gürcüstan və Ermənistandakı siyasi proseslərə sözsüz ki, laqeyd deyilik. Ona görə ki, burada söhbət qardaş xalqlardan gedir. Hansılarla ki, bizi bir dövlətdə yaşamağımız daxil olmaqla, uzun tarixi münasibətlər bağlayır. Təəssüflər olsun ki, Sovet İttifaqının dağılmasından sonra Qərb inandı ki “tarixin sonu” gəlib çatıb, ona bu və ya digər dövlətlərin daxili işlərinə kobud sürətdə qarışmağa, daxili siyasi prosesləri idarə etməyə icazə verilib. Ukrayna buna bariz nümunədir. Ermənistanda isə vəziyyət fərqlidir. Ermənistanla strateji, müttəfiqlik münasibətləri qurulub. O ki qaldı Gürcüstana, əminəm ki, gürcü xalqı rusiyalıları düşmən hesab etmir”, – Rusiya XİN başçısı vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam