Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Gürcüstana uçuş qadağasının ləğvini nəzərdən keçirəcək- Lavrovdan açıqlama

“Rusiyalıların təhlükəsizliyinə təhdid yaradacaq problemlərin aradan qaldırılacağı təqdirdə, Rusiya uçuşlara tətbiq edilmiş qadağa da daxil olmaqla, Gürcüstana qarşı qəbul edilən tədbirlərin ləğv edilməsini nəzərdən keçirəcək”.

Yenixeber.org: Bunu “Arqumenti i faktı” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ümid edirik ki, Gürcüstan hökuməti ölkədəki ictimai-siyasi vəziyyəti stabilləşdirə biləcək və rusiyalıların təhlükəsizliyinə yönəlmiş problemləri aradan qaldıracaq. Bu baş verəcəyi təqdirdə, Rusiya tərəfindən qəbul edilmiş təhlükəsizlik tədbirlərinin ləğvi üçün lazımi şərait yaranacaq. Biz Rusiya və Gürcüstan xalqlarının rifahı üçün dostluq və əməkdaşlıq etmək istəyirik”, – S. Lavrov bildirib.

Nazir qeyd edib ki, Gürcüstan müxalifəti və hökuməti arasında əlaqələr ölkənin daxili işidir və Rusiya bu prosesə qarışmayacaq.

S. Lavrov gürcü xalqının rusları düşmən hesab etmədiyini də vurğulayıb: “Təəssüf k, bu gün Gürcüstanda bəzi siyasətçilər öz məqsədlərinə çatmaq üçün Rusiya əleyhinə ritorikada yarışırlar. Əminəm ki, zamanla hər şey öz yerinə oturacaq, ölkələrimiz arasında dost və qonşuluq münasibətləri bərpa olunacaq”.

Qeyd edək ki, Rusiya Dövlət Duması Gürcüstana iqtisadi sanksiyaların tətbiq olunması təklifi ilə çıxış edib.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.

Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.

Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam