Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın TIR sürücüləri etiraz aksiyası keçirəcək –VİDEO

 

 

TIR suruculeri

TIR sürücüləri logistika şirkətlərinə etiraz edirlər

 

Yenixeber.org: Beynəlxalq avtomobil yük daşımalarını (TİR) həyata keçirən sürücülər iyul ayının 20-sində ölkədə olan iri və kiçik logistika xidmətləri üzrə fəaliyyət göstərən firmalara etiraz olaraq toplanacaqlar.
Bu barədə saytımıza TİR sürücüsü Hacı Buxsayev bildirib.

Onun sözlərinə görə, hazırda beynəlxalq avtomobil yük daşımaların qiymətləri çox aşağıdır: “Məsələn, Bakıda yerləşən “Baku Steel Compani” şirkətindən Türkiyənin İstanbuk şəhərinə yük daşımanın qiyməti 1000 ABŞ dollarıdır, Gəncə Alüminium Zavodundan İstanbula yük daşımanın qiyməti 800-1000 ABŞ dolları arasıdır. Bizə bu qiymətlərə yük daşıma sərf etmədiyinə görə xidmət göstərmək istemirik. Azərbaycanlı sahibkarlar da aşağı qiymətə yükü Türkiyə, Gürcüstan, Rusiyanın TIR sürücülərinə sifariş edərək onların xidmətindən istifadə edirlər.

Sürücü bildirib ki, Azərbaycanın TIR sürücülərinə aşağı qiymətlə xidmət göstərmək sərf etmədiyinə görə etiraz edirlər: “Nəticədə yüklər xarici nömrələrlə olan yük maşınlarına verilir .Etiraz edən sürücülərə də müəyyən maneələr yaradılır. Bu qiymətlərlə biz Azərbaycan sürücüləri nə avtomobilimizi texniki baxışdan keçirə bilərik, nə də nəqliyyat vasitəsinə təkər ala bilmirik. Vəziyyətin bu həddə çatması sürücülər arasında haqlı narazıçılığa səbəb olur.

Daşınma qiymətlərini bu vəziyyətə salmaqla Azərbaycan vətəndaşlarında hakimiyyətə qarşı narazılıq yaradılır. Bu insanlar barəsində cinayət işinin açılmasını və zərərsizləsdirilməsini sizdən artıq dərəcədə xahiş edirik”.(bizimyol)

Ramid İbrahimov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam