Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BAO-dan Azərbaycanlılara təbrik

 

Bütöv Azərbaycan Ocaqları Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə Dünya Azərbaycanlılarının təbrik etmişdir.

"Xeberinfo.com":  Təbrikdə deyilir:

“Əziz həmvətənlər

Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayırıq.

25 il bundan əvvəl, 1989-cu il dekabrın sonlarında Naxçıvanda İranla sərhədlərin sökülməsi böyük bir ruhun, idealına doğru yürüyən xalqın xəyali  düşüncələrini gerçəkləşdirmək arzusunun ən yüksək məqamıydı. Bu bütövləşmiş, böyük ruhun qarşısında dünyanın heç bir gücü davam gətirə bilməzdi. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, bir ideal uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir.

Vətənimizin kiçik bir hissəsində müstəqilliyimizi bərpa etdik. Böyük bir hissəmiz olan Güney Azərbaycanda bu gün də milli dövlətimizin qurulması və Azərbaycanımızın bütövləşməsi uğrunda mübarizə gedir. Fars şovinizmi nə qədər amansız olsa da gün-gündən bu hərəkatın qarşısında aciz duruma düşür. Çünki bu millətin ruhunu qırmaq, onu müti etmək mümkün deyil. Ruhu bir olan millətin özü də, dövləti də bir olacaqdır.

 

Biz, sabahkı günlüyümüzdə Azərbaycanın Bütövlüyünü qırmızı rəngdə görürük. Və bu şərəfli yolu gedərək sonda qalib gələcək hər kəsi əvvəlcədən təbrik edirik.

Bayramınız mübarək. 



Hörmətlə
BAO Mətbuat xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam