Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hulisi Akar -telefonla Pentaqon rəhbərinə iradlarını bildirdi

Hulisi Akar telefonla Pentaqon rəhbərinə iradlarını bildirdi
Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar Pentaqon rəhbəri vəzifəsini icra edən Patrik Şanaxanla telefon əlaqəsi saxlayıb.
Yenixeber.org: Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığında nazir həmkarının Ankaranın Rusiyadan "S-400" zenit -raket kompleksini alması ilə bağlı Türkiyə Müdafiə Nazirliyinə göndərdiyi məktubundan narahatlığını dilə gətirib. 

Nazir P.Şanaxanın məktubunda müttəfiqlik ruhuna uyğun olmayan yanaşmanı diqqətə çatdırıb. Danışqılar çərçivəsində başda “F-35” olmaqla ABŞ və Türkiyə arasında təhülkəsizlik və müdafiə mövzularında işbirliyinə dair fikir mübadiləsi aparılıb. 

Daha sonra tərəflər razılığa gəliblər ki, danışıqları 26-27 iyun tarixində NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək toplantısında davam etdirsinlər. 

Qeyd edək ki, Patrik Şanaxan Türkiyənin Müdafiə Nazirliyinə məktub göndərərk bildirib ki, Ankara Rusiyanın “S-400” zenit-raket kompleksini almaqdan imtina etməlidir, əks təqdirdə ABŞ Türkiyə ilə “F-35” qırıcıları ilə bağlı proqram üzrə əməkdaşlığı dayandıracaq. Bu səbəbdən Vaşinqton Türkiyəyə 31 iyula qədər vaxt verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam