Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

HULUSİ AKAR QƏBƏLƏDƏN ABŞ-a MESAJ VERDİ: "Gərəkli cavabımız olacaq"

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycandan – Qəbələdən ABŞ-a mesaj verib.

Yenixeber.org: Türkiyə mətbuatına istinadla bildirir ki, Akar ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ilə bağlı mövqeyini tənqid edib.

O bildirib ki, ABŞ Müdafiə naziri əvəzi Patrik Şanahanın S-400-lə bağlı Türkiyəyə göndərdiyi məktubun üslubu müttəfiqlik ruhuna uyğun deyil: “Bildiyiniz kimi, ABŞ Müdafiə naziri əvəzindən S-400-lərlə bağlı məktub aldım. Məktubun üslubu ilə bağlı toplumun həssaslığını bölüşürük. Məktubda mövcud problemlərin strateji ortaqlıq çərçivəsində  həlli istiqamətində gözlənti dilə gətirilsə də, üslub müttəfiqlik ruhuna uyğun deyil. Buna görə, gərəkli işlər görülür, gərəkli cavabı hazırlayırıq. Qarşıdakı günlərdə cavabımızı göndərəcəyik. Bundan başqa, bu ayın sonunda Brüsseldə NATO Müdafiə Nazirlərinin toplantısı var, orada da Şanahanla bir araya gələcəyik”

Akar daha sonra qeyd edib ki, sabah Şanahanla telefonla da danışacaq: “İstər bu telefon danışmasında, istərsə də digər təmaslarda Türkiyə dövlətinin məlum istək və tələbləri masaya yatırılacaq. Biz bundan sonra da eyni mövqe və davranışımızı davam etdirəcəyik”.

Xatırladaq ki, ABŞ Müdafiə naziri əvəzi Patrik Şanahan aprelin 6-da Türkiyəyə məktub göndərib. Məktubda Türkiyənin Rusiyaya S-400-lə bağlı təlimə əsgər göndərməsindən narahat olduqları bildirilib. Əlavə edilib ki, S-400-ün alınması təqdirdə, F-35-lərin Türkiyəyə tədaürkü dayandırılacaq, Türkiyə bu layihədən kənarda qalacaq. Üstəlik, məktubda F-35-lərlə görə ABŞ-da təlimə göndərilən pilotların da geri göndəriləcəyi vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam