Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Astara rayonunun sitrus bağlarında naməlum xəstəlik yayılıb

 

 

Cənub mərkəzinin məlumatına görə, bir neçə gün ərzində xəstəlik rayonun Siyəkü ərazi vahidliyinə daxil olan Rinə, Təxtənəkəran, Vaqo kəndlərində 200 hektardan çox əraziyə yayılıb. 

Yenixeber.org:  Kənd sakinləri  bu barədə əlaqədar qurumlara məlumat veriblər. 

Astara Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri ərazilərə baxış keçirib, bitkilərin yarpaqlarından nümunələr götürüblər. Lakin hələ ki xəstəliyin mənşəyi və törədicisi aşkar edilməyib. Bağlarda isə xəstəlik çox böyük sürətlə yayılmaqdadır. Bir gün ərzində yarpaqlarda saralma, büzüşmə baş verir, daha sonra isə budaqlara və kökə keçir.

Təsərrüfat sahibləri isə ağaclara vaxtında lazımi aqrotexniki qulluq göstərildiyini, dərmanlama, gübrələmə, budamanın vaxtında həyata keçirildiyini bildiriblər. Bəzi bağ sahibləri bu xəstəliyin hava ilə yayıldığını ehtimal edir.

Astara Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fərhad Rzayev isə sitrus bağlarında müşahidə olunan vəziyyətə ilkin səbəb kimi göbələk xəstəliyini göstərib: "Siyəkü kəndində sitrus bitkilərində, əsasən də, narıngi sahələrində, ötən həftədən müşahidə olunan xəstəlik ilkin variant kimi göbələk xəstəliyidir. Amma buna baxmayaraq, daha dəqiq nəticəni bilmək üçün nümunə götürmüşük, aidiyyəti təşkilatlara göndərmişik. Çox güman ki, xəstəliyin törədicisi var. Laborator analizlər Qida Təhlükəsizliyi Agentliyində aparıldıqdan sonra yekun cavab veriləcək. Biz də davamlı şəkildə ərazini nəzarətdə saxlamaqla bu xəstəliyə qarşı metodiki tapşırıqlarımızı, tövsiyələrimizi verəcəyik. Xəstəlik Siyəkü ərazi nümayəndəliyində bir neçə kənddə - Vaqo, Təxtənəkəran kəndlərində 200-300 hektar sahəni əhatə edir". (Report)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam