Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Xurma bağlarında xəstəlik aşkarlanıb***Göyçayda

  Göyçayın xurma bağlarında xəstəlik aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssiləri Göyçay rayonunun Qızılağac, Poti və Kürdəmiş kəndlərini əhatə edən 158 hektar xurma bağında fitosanitar müşahidələr aparıb və 16 hektar sahədə xurma ağaclarının yarpaqlarında qonur ləkəlilik xəstəliyinə sirayətlənmə aşkar edib.
Yenixeber.org: Aparılan araşdırmalar nəticəsində xəstəliyin törədicisinin göbələklərin olduğu müəyyən edildiyi üçün Göyçay rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri fermer təsərrüfat sahibləri ilə görüşlər keçirərək kimyəvi mübarizə tədbirlərinin aparılması ilə bağlı müvafiq tövsiyələr veriblər.

Fermerlərin nəzərinə çatdırılıb ki, kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin əlamətləri aşkar olunub-olunmamasından asılı olmayaraq, mütləq ilkin yazdan başlayaraq profilaktiki mübarizə işləri aparılmalıdır. Mübarizə işləri çiçəkləmədən əvvəl və çiçəkləmədən sonra da bir neçə dəfə müxtəlif tərkibli preparatlardan istifadə etməklə davam etdirilməlidir.

Meyvə yığıldıqdan sonra xurma bağlarında kompleks mübarizə tədbirləri həyata keçirilməlidir. Xəstəliklə sirayətlənmiş bitki qalıqları, yarpaqlar yığılaraq məhv edilməli, aqrotexniki qulluq işləri aparılmalı (ağacların dibi bellənməli, budama işləri aparılmalı, vaxtı-vaxtında sulanmalı), bitkinin xəstəliklərə dayanıqlığını artırmaq üçün vaxtında üzvi və mineral gübrələr verilməlidir.

Təsərrüfat sahiblərinə məhsul yığımından sonra və ilkin yazda xəstəliyin yayılmasının qarşısını almaq üçün profilaktiki olaraq Bordo mayesindən istifadə olunması tövsiyə olunub. Həmçinin, vegetasiya müddətində 70%-lik Tiofanat metil (Topsin-1,0-1,5 kq/ka), 50%-lik Benomil (Fundazol-1,0 kq/ha), 75%-lik Siprodinil (Xorus -0,35 kq/ha) və digər təsiredici maddələrdən olan fungisidlərdən istifadə etməklə mübarizə aparılması məsləhət görulub.

Məlumat üçün bildirək ki, bağlarda profilaktiki mübarizə tədbirləri aparılmadıqda, yarpaqların üzərində qonur ləkələr əmələ gəlir və bu səbəbdən xəstəlik qonur ləkəlilik adlanır. Xəstəliklə sirayətlənmiş yarpaqlarda qeyri-dəqiq, müxtəlif ölçüdə kənarları tünd mərkəzə doğru solğun qonur ləkələr formalaşır. Yarpaq üzərində ləkələr yayın ortası və sonunda havanın temperaturunun və nəmişliyin yüksək olması səbəbindən daha da intensiv inkişaf edir. Xəstəlik əsasən bitkinin yarpaqlarını sirayətləndirir, meyvələrdə çox az təsadüf olunur. Ciddi sirayətlənmiş ağaclarda yarpaqlar saralaraq tökülür. Sirayətlənmiş bitkilərdə fotosintez prosesi pozulduğu üçün meyvələr üzvi maddələrlə lazımınca təmin olunmur, normal fizioloji yetişmə getmir və meyvələr tökülməyə başlayır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam