Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İlbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir

 

İlbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonunun Girdəni, Veravul, Boladi, Vilvan kəndləri ərazisində 15 hektar kələm əkini sahəsində müşahidələr aparılıb.
Yenixeber.org: Bu barədə Dövlət Fitosanitar Xidmətindən açıqlama verilib.

Müşahidələr zamanı 5 hektar sahənin çılpaq ilbizlərlə sirayətləndiyi müəyyən olunub vəLənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında 3 hektar sahədə təsərrüfat sahibləri tərəfindən mübarizə tədbirləri aparılıb. İlbizlərə qarşı kimyəvi mübarizə tədbirləri “Metaldehid”tərkibli preparatla aparılıb.

Məlumata əsasən, Azərbaycanda çılpaq ilbizlər əsasən Lənkəran, Şəki-ZaqatalaQuba-Xaçmaz bölgələrində geniş yayılıb. Bu zərərverici kənd təsərrüfatı bitkilərindən taxıl, bostan-tərəvəz, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər vurur. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.

Onlar növ tərkibindən asılı olaraq ildə 1-2 nəsil verir və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər daha da çoxalırlar. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər. Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər. Dənli bitkilər öz inkişafının ilk dövründə ilbizlər tərəfindən daha çox zərər çəkir. İlbizlərin kartof yumrularına və bir sıra tərəvəz-bostan bitkilərinin barvermə orqanlarına zərər verdiyi müşahidə olunur.

Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:

1. Zərərverici aşkar edilən sahələrdə 35-40 santimetr olmaqla dərin şum aparılmalıdır.

2. Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmiz saxlanılmalı və cərgə araları vaxtında kultivasiya edilməlidir.

3. Çılpaq ilbizlərə qarşı Metaldehid tərkibli preparatlardan istifadə etməklə kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Daxili bağırsaq təsirli metaldehid tərkibli preparatlardan istifadə edərək aldadıcı yem hazırlanır, 1 hektara 40-50 kiloqram norma ilə səpilir.

4. Həyətyanı sahələrdə müxtəlif tələlər qurmaqla və ya müxtəlif qeyri ənənəvi üsullardan istifadə etməklə mübarizə aparılır.

Qeyd olunub ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından, bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. Buna görə də, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti çılpaq ilbizlərlə mübarizə aparmaq üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquqi və fiziki şəxslərin özləri tərəfindən aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam