Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Allah islamı göndərəndə mənəviyyat, sülh üzərində göndərib"

 

“Qloballaşan dünyada dini qarşıdurmalar, münaqişələr artır və dəfələrlə bununla bağlı danışmağımıza, konfranslar keçirməyimizə baxmayaraq, hələ də bir nəticəsi yoxdur. Amma ümid edirik ki, nəticə əldə edəcəyik, çünki Allah islamı göndərəndə mənəviyyat, sülh üzərində göndərib”.
"Xeberinfo.com":  APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda işini yekunlaşdıran “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfransda deyib.
Şeyxülislam bildirib ki, əsas problem islamda elmi prinsipləri çoxaltmaqdır: “İndi islamı, müsəlmanları vurub-dağıtmaqda günahlandırırlar. Demək lazımdır ki, islamın əlindəki çomağı al, əvəzinə qələm ver, vurmasın, yazsın. Sən əgər onun əlinə çomaq versən, əlbəttə ki, vuracaq. Ona görə də elm və dinin birgə mövzu olduğu müzakirələri, konfransları daha tez-tez keçirmək, ora hamını cəlb etmək lazımdır. Bizim din adamları buna çoxdan hazırdır, amma elm adamları təəssüf ki, hələ ki tam hazır deyillər”.
A. Paşazadə Azərbaycanda dövlət tərəfindən belə birgə müzakirələrə geniş şərait yaradıldığını söyləyib: “Azərbaycan prezidenti İlham Əliyevə buna görə təşəkkür edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam