Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şeyx Türkiyəni ehtiyatlı olmağa çağırıb

 

“Söhbət əsl soyqırımdan gedirsə, bunu elə ermənilər özləri törədib”
"Xeberinfo.com":  Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyəni Ermənistanın hiyləsindən ehtiyatlı olmağa çağırıb. APA-nın məlumatına görə, Şeyxülislam Bakıda səfərdə olan Türkiyə baş nazirinin baş müşaviri Bəkir Karlığa ilə görüşü zamanı bildirib ki, dünya erməniləri Türkiyəyə qarşı bu il 100 illiyini qeyd etmək istədikləri “soyqırımı” hiyləsini işlədərək, qorxulu niyyətlərini həyata keçirmək istəyirlər.
O qeyd edib ki, ermənilərin türklərə qarşı tarixdə olan hansısa hadisəni “soyqırımı” kimi təqdim etməsi hiyləsi yeni formada təqdim olunmağa başlayıb: “Bu, Ermənistanın Türkiyəyə qarşı bir hiyləsidir. Türkiyə bu hiylədən ehtiyatlı olmalıdır. Əsl soyqırımı elə onlar bizə qarşı törədiblər. Məsələn, qarşıdan 31 mart hadisələrinin ildönümü gəlir. Bu hadisələr vaxtı erməni daşnakları öz torpağımızda bizi qırıblar. Bundan başqa, yaxın tarixdə Xocalı qəsəbəsində azərbaycanlıları, elə ailələr var ki, nəsli kəsilənə qədər qırıblar. Yəni söhbət əsl soyqırımdan gedirsə, bunu elə ermənilər özləri törədib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam