Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN şeyxin səhvini düzəltdi: “Dövlətin mövqeyi deyil”

 

Nazir QMİ sədrinin İsrail barədə dediklərinə münasibət bildirib.
“Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən səsləndirilən fikirlər onun şəxsi mövqeyidir və Azərbaycan Respublikasının rəsmi mövqeyini əks etdirmir”.
"Xeberinfo.com":   Məlumata görə, bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Yəmən hadisələri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin söylədiyi fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycanda din dövlətdən ayrıdır. “Azərbaycan Respublikasının xarici siyasət məsələləri ilə əlaqədar rəsmi mövqeyi Azərbaycan Respublikasının Prezidenti və Xarici İşlər Nazirliyi tərəfindən ifadə olunur”, – deyə Hikmət Hacıyev bildirib.
Xatırladaq ki, Yəməndəki hadisələrlə bağlı çıxışında A.Paşazadə ərəb dövlətlərinin Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədiyindən, amma Ərəb Ölkələri Liqasının Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdığından təəssüf hissi keçirdiyini deyib: “İsrailə qarşı həmrəylik nümayiş etdirə bilməyən ərəb ölkələri Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdılar.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam