Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rauf Mirqədirovun ailəsi İsveçrədən siyasi sığınacaq alıb

 

Dekabrın 17-də Sürix şəhər məhkəməsi Azərbaycanda casusluq ittihamı ilə həbs edilmiş məşhur jurnalist Rauf Mirqədirovun ailə üzvlərinin statusu haqqında məsələyə baxıb.

"Xeberinfo.com":  Məlumata görə,Hakim jurnalistin həyat yoldaşı Adilə Babaxanovanı və böyük qızı Suadı dinləyib. Bundan başqa, beynəlxalq hüquq müdafiə təşkilatları və İsveçrənin müvafiq qurumları tərəfindən təqdim edilmiş sənədlərə baxılıb.

Üç gün sonra – Bu gün ailə məhkəmədən jurnalistin həyat yoldaşına və iki övladına siyasi sığınacaq verildiyi haqqında rəsmi bildiriş alıb. Bu barədə Turan-a jurnalistin həyat yoldaşı bildirib.

Xatırladaq ki, Mirqədirov “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri idi. Aprelin 19-da Türkiyə polisi onu saxlayıb və Bakıya deportasiya edib. Gələn təyyarənin bortunda jurnalist Təhlükəsizlik Nazirliyinin işçiləri tərəfindən həbs edilib. Bir neçə gün sonra o, Ermənistanın xeyrinə casusluqda ittiham olunub. Jurnalist bu ittihamları təkzib edərək, absurd adlandırıb. Tezliklə beynəlxalq təşkilatlar Mirqədirovu vicdan məhbusu kimi tanıyıblar.

Jurnalistin həbsindən sonra ailəsi Türkiyədə qalıb. Ailə üzvləri yerli polis və Bakı prokurorluğunun işçiləri tərəfindən dəfələrlə dindirilib. Onların mənzilində axtarış aparılıb, şəxsi əşyaları müsadirə edilib. Bundan sonra ailə beynəlxalq jurnalist təşkilatlarının dəstəyi ilə İsveçrəyə aparılıb.

Beynəlxalq təcrübəyə əsasən, siyasi məhbusun ailə üzvlərinin ölkəyə qayıtması onların azadlığı üçün təhlükə təşkil edirsə, onlara sığınacaq verilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam