Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Təzəpir" məscidi ətrafında tikinti:qədim hamam dağıdıldı

 

Bakıdakı “Təzəpir” məscidi ətrafında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqları ortaya çıxıb.
Yenixeber.org: Məlumata görə, qədim tikilinin qalıqları ekskavatorların tırtılları altında qalaraq dağılıb.
Əməkdaşlarımız hadisə yerində olublar və xəbər veriblər ki, həmin qazıntı işləri “Təzəpir” məscidinin düz arxasında, Mustafa Sübhi küçəsində, məscidin böyüdülməsi layihəsi çərçivəsində aparılır. Tikinti işlərinin sifarişçisi Qafqaz Müsəlmanları İdarəsidir, iş icraçısı isə “Archico” MMC adlı şirkətdir. Şirkətin işçisi müxbirlərimizin suallarına cavab vermək istəməyib, bütün sualları məscidə ünvanlanmağı məsləhət görüb.
Layihəyə əsasən məscidə əlavə iki minarə, kitabxana və qazanxana binaları tikiləcək, habelə ətrafı hasarlanacaq. Hazırda tikintiyə başlamaq üçün podratçı şirkət özül qazma işləri həyata keçirir. Və özül qazılarkən yerin altından qədim hamamın qalıqları çıxıb, amma onun qorunması üçün heç bir tədbir görülməyib və qazıntı işləri davam etməkdədir.
“Təzəpir” məscidinin nümayəndəsi Məhəmməd Qasımov əməkdaşlarımıza deyib ki, həmin hamam tarixi abidə filan deyil. Nisbətən təzə hamamdır, sovet dövründə tikilib. Amma nədən sovet dövründə tikilmiş hamamın hazırda yerin altından çıxdığı barədə suala cavab verə bilməyib.
Məscid nümayəndəsi ilə söhbətdən belə məlum olub ki, özül qazılarkən ortaya çıxan hamam qalıqları barədə nə Mədəniyyət Nazirliyinə, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər müvafiq orqanlara məlumat verilməyib. Ümumiyyətlə, podratçı şirkət heç nə olmamış kimi işi davam etdirir.(virtualaz.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam