Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Əbu Bəkr” məscidi yenidən fəaliyyətə başlayacaq

 

“Əbu Bəkr” məscidi yenidən fəaliyyətə başlayacaq
"Əbu Bəkir" məscidi təhlükəsizlik tam təmin edildikdən sonra fəaliyyətə başlayacaq. 

Yenixeber.org: Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
Komitə rəsmisi deyib ki, məscidin minarəsi qəzalı vəziyyətdədir: "Hazırda aidiyyatı qurumlar tərəfindən minarənin özülünün qiymətləndirilmə prosesi gedir. Əgər onu bərpa etmək, möhkəmləndirmək mümkün olarsa, tikinti işləri həyata keçiriləcək. Mümkün olmasa, minarə söküləcək. Məscidin fəaliyyətinin dayandırılması hələlik oradakı tikinti işləri ilə bağlıdır. Minarə sökülsə belə, təhlükəsizlik təmin edildikdən sonra məscid fəaliyyət göstərəcək". 

Qeyd edək ki, 2008-ci ilin 17 avqust tarixində "Əbu Bəkr" məscidinə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər həlak olmuş, 18 nəfər yaralanmışdı.(azvision) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam