Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni çəkilən yolda XI-XV əsrlərə aid tikinti qalıqları tapıldı

 

Yeni çəkilən yolda XI-XV əsrlərə aid tikinti qalıqları tapıldı

Sentyabr və oktyabr ayının əvvəllərində Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni çəkilən avtomobil yolunun “Şabran şəhəri” Tarixi Qoruğunu ərazisinə düşən hissəsində arxeoloji qazıntı işləri aparılıb.

 Yenixeber.org:Xəbər verir ki, arxeoloji qazıntılar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərliyi altında aparılıb.

Ekspedisiyanın əsas məqsədi göstərilən ərazidə əhəmiyyətli memarlıq abidələrinin, tikililərin olub-olmadığını yoxlamaq, eyni zamanda, qədim şəhərin sərhədlərini müəyyənləşdirməkdir.

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinədək çəkilməkdə olan yolunun “Şabran şəhəri” Tarixi Qoruğunu ərazisinə düşən hissəsindəki ərazi boyu arxeoloji qazıntı altı kvadrat qoyulmaqla aparılıb. İlkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr, bişmiş kərpic və çay daşlarından hörülmüş divar qalıqları aşkar olunmuşdur. Eyni zamanda kvadratlardan birində bir neçə təndir aşkar olunduğu üçün buranın təndirxana olduğu ehtimal edilir. Ərazidən eyni zamanda kəhriz olması ehtimal edilən bişmiş kərpicdən ibarət tikili qalığı də üzə çıxarılmışdır. Qazıntı ərazisindən su borusu yerləri, çox sayda qırmızı, yaşıl və göy rəngli şirli qablar da aşkar edilmişdir. Həmçinin xeyli sayda metaldan hazırlanmış silahlar, bəzək əşyaları və s. tapılmışdır. Tədqiq olunan sahələrdə mədəni təbəqənin daha qalın olduğu və davam etdiyi məlum olmuşdur. Kvadratlardan birində arxeoloji qazıntı 4 metr dərinliyə qədər aparılmış və mədəni təbəqənin davam etdiyi müəyyən olunub.

Aşkar olunmuş tikinti qalıqları və maddi mədəniyyət nümunələri ilkin tədqiqatlara əsasən XI-XV əsrlərə aid edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun bildirdiyinə görə, “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar Şirvanşahlar dövlətinin, bütövlükdə isə, Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam