Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsveçrədə Telman İsmayılovla bağlı cinayət işi başladı

 İsveçrənin Sürix şəhər Prokurorluğu Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli tanınmış iş adamı Telman İsmayılov barəsində cinayət işi başlayıb.

Yenixeber.org: Məlumata görə, ona qarşı cinayət işi Rusiyanın “VTB” bankına məxsus “BM-Bank”ın iddiası əsasında açılıb.

T.İsmayılov dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunur. Cinayəti sübuta yetiriləcəyi halda onu maksimum 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumata görə, “BM-Bank” 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək T.İsmayılova məxsus “AST” qrupunun “Rusline 2000” müəssisəsinə və “Tropicano Finance B.V.”yə 230 milyon dollar məbləğində 3 dəfə kredit verib.

Bir müddət əvvəl “BM-Bank” T.İsmayılova məxsus “Praqa” restoranını, “Tropikano” biznes mərkəzini, “AST” ticarət mərkəzini və Moskvada Kutuzov prospektindəki 2 mənzili alıb, habelə onun ABŞ-dakı “Craig Valley Plaza” ticarət mərkəzinə həbs qoyulub. Kreditorlar bildirib ki, T.İsmayılov kredit vəsatinin bir hissəsini İsveçrədəki banklara köçürüb.

T.İsmayılvoun vəkili məlumatı mətbuatdan öyrəndiklərini bildirib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam