Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkədə "sükut günü"dür-Bu gün

 

Bu gün Ukraynada martın 31-də keçiriləcək prezident seçkiləri ərəfəsində "sükut günü"dür.

Yenixeber.org: Yəni ölkədə prezidentliyə bu və ya digər namizədin lehinə hansısa təşviqat kampaniyası aparmaq qadağandır.

İkinci tur üçün təşviqat təkrar səsvermənin təyin olunduğu günün sabahısı başlayır.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası rəsmən 2018-ci il dekabrın 31-də başladılıb. Ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərə 44 namizədi buraxsa da, sonradan onlardan 5 nəfəri martın 7-dək könüllü olaraq seçkilərə qatılmaqdan imtina edib. Beləliklə, bülletenlərdə 39 namizədin adı olacaq.

Keçirilən sorğulara görə, qarşıdakı seçkilərdə lider üçlüyə indiki prezident Petro Poroşenko, "Batkivşina" lideri Yuliya Timoşenko və şoumen-aparıcı Vladimir Zelenski daxildirlər.

İlk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Onun nəticələri isə mayın 1-dək açıqlanacaq.

Prezidentin andiçmə mərasimi iyunun 3-dək keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam