Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeni Zelandiyada növbəti hücum təhlükəsi

 

Yeni Zelandiyada növbəti hücum təhlükəsi
Yeni Zelandiya polisi Şimal adasının Heystinqs şəhərindəki xəstəxananı mühasirəyə alıb.
 Yenixeber.org: Bu barədə “Newstalk ZB” radiosu yerli polisə istinadən məlumat yayıb. Bildirilib ki, xəstəxana ətrafında polis kordonunun düzülməsinin səbəbi potensial təhdidlə əlaqədardır və ehtiyat tədbirləri görülür. Lakin təhlükənin xarakteri dəqiqləşdirilmir. 

Xatırladaq ki, ötən gün Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən Əl-Nor və Linvud məscidlərinə edilən silahlı hücum nəticəsində 49 nəfər qətlə yetirilib. Ölkənin baş naziri Casinda Ardern hadisəni terror aktı kimi qiymətləndirib. Cinayətlə əlaqədar 4 şübhəli saxlanılıb. Onların hər birinin ekstremist baxışlara malik olduğu, lakin indiyədək polisin axtarış-müşahidə siyahısında adlarının qeydə alınmadığı bildirilib. 

Tutulan şəxslərdən biri Avstraliyadan olan 28 yaşlı Brenton Tarrantdır. Onun məscidə etdiyi hücumu 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımladığı məlum olub. İnsidentdən əvvəl isə motivlərin izah olunduğu 37 səhifəlik “manifest” dərc edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam