Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tereza Mey Aİ ilə yeni "Brexit" danışıqlarına hazırlaşır 

 

Tereza Mey Aİ ilə yeni "Brexit" danışıqlarına hazırlaşır
Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün nazirlər kabinetinin üzvlərinə bildirib ki, ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişi üzrə parlamentin dəstəyini qazanmaq üçün sazişlə bağlı Brüssellə yenidən danışıqlara başlanılmalıdır. 
 Yenixeber.org: "Reuters” xəbər verir ki, bu barədə Britaniya baş nazirinin sözçüsü Ceyms Slek deyib. 

“Baş nazir dedi ki, parlamentin İcmalar Palatasının dəstəyini qazanmaq naminə İrlandiya ilə sərt sərhəd rejiminin qarşısını almağa dair sığorta siyasəti üçün hüquqi dəyişikliklərə ehtiyac var. Bu isə “Brexit” sazişi mətninə yenidən baxılması deməkdir” - Slek vurğulayıb. 

Lakin Avropa İttifaqı lap əvvəldən bəyan edib ki, “Brexit” sazişinə yenidən baxılmayacaq və onun bu mövqeyi dəyişməzdir. 

Bundan əvvəl Britaniyanın daxili işlər naziri Sacid Cavid bildirmişdi ki, əgər ölkəsi Avropaİttifaqını heç bir saziş imzalanmadan tərk edərsə, onda keçid dövrü bitəndən sonrakı 3 aydan başlayaraq İttifaq vətəndaşlarının Britaniyaya sərbəst hərəkətinə qadağa qoyulacaq və onlara qarşı viza rejimi tətbiq ediləcək. 

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam