Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Nərimanovda Milli Qəhrəman anıldı

Milli Qəhrəman Əliyar Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

"Xeberinfo.com": 13 dekabr 2014-cü il tarixdə Nərimanov rayonunda Milli Qəhrəman Əliyar Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Əliyar Əliyevin döyüş yoldaşları, doğmaları və veteranlar iştirak edib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Prezident cənab İlham Əliyevin Vətən uğrunda şəhid olanların ailələrinin və müharibə veteranlarınınyaşayış şəraitlərinin yaxşılaşdırılmasını və sosial problemlərinin həllini daim diqqət mərkəzində saxladığı və onları qayğı ilə əhatə etdiyiniqeyd edib. İ.Mahmudova vurğulayıb ki, məhz Nərimanov rayonunun küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin adını daşıyır və ailəsi hal hazırda rayon sakinləridir.

Daha sonra çıxış edən O.Səmədov və Əliyar Əliyevin döyüş yoldaşları öz xatirələri ilə bölüşərək, Vətənin igid oğlunun həyat yolundan və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışdılar.

Əliyar Əliyevin ailə üzvləri Dövlətin onlara və şəhid olmuş ailə başçısının xatirəsinə göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam