Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ümummilli lider Nərimanov rayonunda anıldı

 

Nərimanov rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib

 

"Xeberinfo.com": Bu gün Azərbacyan Müəllimlər İnstitutunda Nərimanov Rayon İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Müəllimlər İnstitutunun müəllim və tələbə heyəti, rayon ərazisində yerləşən orta ümümtəhsil məktəblərin şagirdləri iştirak edib.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan Müəllimlər İnstitutunun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən danışılıb.

A.Naxçıvanlı qeyd etmişdir ki, tarix boyu Azərbaycan dünyaya alimlər, mütəfəkkirlər, nüfuzlu ziyalılar, siyasətçilər bəxş edib. Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər ulu öndərimizin adı ilə bağlıdır.

Sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək ölkəmizin dünəni, bu günü və zirvələrə doğru ucalmaqda olan sabahı tarixi şəxsiyyət, Azərbaycanın böyük oğlu, unudulmaz dahi öndərimizin adı ilə qırılmaz və əbədi tellərlə bağlı olduğunu qeyd edib.

Daha sonra  Azərbaycan Müəllimlər İnstitutunun müəllimi Mircəfər Həsənov, 291 saylı Araz Ekologiya liseyin direktor müavini Zeynəb Qasımova və digər çıxışçılar öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışlar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişlər.

Sonda orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən Ulu Öndər Heydər Əliyev haqqında hazırlanmış şerlər dinlənilib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam