Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İvan İvanoviç Timçenkonun 100 illik yubileyi qeyd edilibNərimanovda

İvan İvanoviç Timçenkonun 100 illik yubileyi qeyd edilib

 

İkinci Dünya Müharibəsinin iştirakçısı - təyyarəçi podpolkovnik İvan İvanoviç Timçenkonun 100 illik yubileyi qeyd edilib

 

 

Yenixeber.org: Nərimanov rayon İcra Hakimiyyəti və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə İkinci Dünya Müharibəsinin iştirakçısı, Krımın azad edilməsində xüsusi xidmətləri olmuş təyyarəçi podpolkovnik İvan İvanoviç Timçenkonun 100 illik yubileyi münasibəti ilə onu yaşadığı mənzildə Nərimanov rayon İcra Başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov ziyarət edərək təyyarəçi podpolkovnik İvan İvanoviç Timçenkonu təbrik etmişlər.

Nərimanov rayon İcra Başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev yubilyarı təbrik edərək qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir. Bunu əsas tutaraq Nərimanov rayonunda ənənəvi olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları hər zaman diqqət mərkəzində saxlanılır. Həmçinin, İvan İvanoviç Timçenkonun xidmətləri vurğulandı və ona göstərdiyi şücaətlərə görə rayon rəhbərliyi öz təşəkkürünü bildirdi. Daha sonra Nərimanov rayon İcra Baççısının müavini İradə Mahmudova Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev adından olan hədiyyəni yubilyara təqdim etdi.

İ. İ. Timçenkonun oğlu Aleksandr İvanoviç göstərilən bu diqqətə görə Nərimanov rayon İcra Hakimiyyətinin və YAP Nərimanov rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirmiş və söyləmişdir ki, qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli liderimiz Heydər Əliyevin Veteranlara göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır. Aleksand İvanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini qeyd etmişdir.

Sonda yubilyar və onun ailəsi ilə xatirə şəkli çəkilmişdir.

 

İvan İvanoviç Timçenkonun 100 illik yubileyi qeyd edilib

İvan İvanoviç Timçenkonun 100 illik yubileyi qeyd edilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam