Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Londonda Ermənistan əleyhinə etiraz aksiyası - FOTOLAR

 

 

Londonda Ermənistan əleyhinə etiraz aksiyası keçirilib - FOTO

 

 

Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlik Böyük Britaniyada yaşayan Azərbaycan diasporunun diqqət mərkəzindədir. 
Xeberinfo.com:   Azərbaycanın haqq işinə dəstək məqsədilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Böyük Britaniyada yaşayan diaporumuzun fəalları və burada təhsil alan tələbələrimiz, beynəlxalq hüquq müdafiəçiləri aprelin 10-da paytaxt Londonun mərkəzində etiraz aksiyası keçiriblər. 
Musavat.com xəbər veri ki, sanksiyalaşdırılmış etiraz aksiyası London sakinlərinin və turistlərin əsas gəzinti yeri olan Trafalqar Meydanından başlayıb. Tədbir iştirakçıları Vaythol küçəsindən, 10-cu Dauninq küçəsində yerləşən Böyük Britaniya baş naziri Devid Kameronun iqamətgahına doğru yürüş ediblər. Aksiya iştirakçıları Böyük Britaniyanın baş naziri Devid Kamerona müraciət edərək Ermənistana 20 ildən artıq işğal etdiyi Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonundan hərbi qüvvələrini çıxarmayana qədər, ona qarşı iqtisadi sanksiyalar tədbiq etməyə çağırış ediblər. Yürüş iştirakçıları tərəfindən qəbul olunmuş rəsmi müraciət baş nazir Devid Kameronun poçtuna atılıb. 400-dən artıq etirazçının  iştirak etdiyi tədbir beynəlxalq media tərəfindən işıqlandırılb. Aksiyada Londondakı türk, qazax, özbək və qırğız diasporasının nümayəndələri də iştirak edib. 
Tədbir iştirakçıları həmçinin, aprelin 9-da Parisdəki Ermənistan səfirliyi qarşısında azərbaycanlıların keçirdiyi etiraz mitinqində ermənilərin dinc insanlara qarşı hücum etməsini də pisləyiblər. Əllərindən plakat və Azərbaycan bayraqlarını tutan aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması isiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək olduqlarını ifadə ediblər. Aksiyada “Ermənistanın ASALA terroristləri və əsgərləri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidirlər”, “Biz ədalət tələb edirik!”, Qarabağ Azərbaycandır!, Qarabağ Azərbaycana məxsusdur!”, “Ermənistan Azərbaycandan rədd olsun!” “Ermənistan etnik təmizləmədə günahkardır”,  “Ermənistan prezidenti - MÜHARİBƏ CİNAYƏTKARIDIR”, “SARQSYAN – Əllərin qan içindədir!” şüarları səslənib.
Etiraz aksiyasının plakarlarında aşağıdakı məzmunda çağırışlar da yer alıb: 
 
-     Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 62/243 saylı Qətnaməsi
 
-     Azərbaycana “beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində onun suverenliyi və  ərazi bütövlüyünə davamlı hörmət və dəstəyi” Təsdiq edir ; 
 
-   Azərbaycanın “işğal olunmuş bütün ərazilərindən Ermənistan qüvvələrinin dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmasını” Tələb edir ; 
 
 -    Azərbaycan ərazilərinin işğal edilməsində heç bir dövlət dəstək verməməli və yardım göstəməməlidir. 
 
- Ermənilər 1918-ci il 31 mart soyqırımında günahkardırlar. Biz soyqırımı unutmamışıq və ədalət tələb edirik !
 
- Ermənistan Xocalı soyqırımında günahkardır. Biz soyqırımı unutmamışıq və ədalət tələb edirik !
Yürüşün yekun qətnaməsində bildirilir ki, bu aksiya Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən hərbi təxribatın və görünməmiş səviyyədə zorakılığın baş verməsi nəticəsində onlarla Azərbaycan hərbçisinin və mülki əhalinin tələfatına etirazdır.
Dünya parlamentlərinin Azərbaycanı haqq işini dəstəkləməsı və BMT Təhlükəsizlik Şurasının artıq 22 ildir qəbul etdiyi lakin icra edilməyən qətnamələrin yerinə yetirilməyənə qədər Ermənistana qarşı sanksiyaların tədbiqnin artıq vaxtı çatıb. Mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərini tərk etməyi və işğalın qurbanları olan təqribən bir milyon yaxın qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmaq imkanı yaratmağı tələb edir.









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam