Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda "Xocalı anaları" təşkilatı yaradıla bilər

"Ötən il Bosniyada "Böyüməyən uşaqlar" kitabının boşnak dilində təqdimatını keçirdik.
Yenixeber.org: Həmin tədbirdə Srebrenitsa soyqırımını bütün dünyaya tanıtmış bu xanımlar da iştirak edirdilər. Onlar həmin vaxt Azərbaycana gəlmək istədiklərini bildirdilər. Təbii ki, biz onların bu təşəbbüsünü xoş qarşıladıq. Bakıya gələn "Srebrenitsa anaları" Xocalı soyqırımının da ortaq dərdimiz kimi dünyaya tanıdılmasına dəstək göstərəcəklərinə söz verdilər".

“Report” xəbər verir ki, bu fikirləri Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı Bosniya və Herseqovinanın “Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyətinin Xocalı abidəsini ziyarəti zamanı jurnalistlərə deyib.

"Onların problemləri dünyaya çıxartmaq üçün müəyyən layihələri də var. İnanıram ki, böyük işlər görüləcək, tədbirlər həyata keçiriləcək. Onların Xocalı soyqırımının 27-ci ildönümündə ölkəmizə gəlib bizə dəstək olması dünya ictimaiyyətinə bir mesajdır. Xocalı soyqırımı təkcə azərbaycanlıların, türklərin deyil, bütün dünyanın dərdidir. Bu istiqamətdə əhəmiyyətli işlər görüləcəyinə əminəm", - deyə o qeyd edib.

E.Eyvazlı vurğulayıb ki, "Azərbaycanda "Srebrenitsa anaları"na oxşar "Xocalı anaları" təşkilat yaradıla bilər: "Onlar "25-lər"lə görüşdə Xocalıdan olan qadınlardan ibarət təşkilat yaradılmasını təklif etdilər. Bu təşəbbüs müzakirə olundu. Hesab edirəm ki, yaxın vaxtlarda belə bir təşkilat yaradılacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam