Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Müxalif partiyaların hamısı dialoqda iştirak etməyib

 

Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün müxalifət partiyalarından bir qrupunun  rəhbəri ilə keçirdiyi dialoqun nəticələrini açıqlayıb.

"Xeberinfo.com":  APA-nın məlumatına görə, Ə. Həsənov bildirib ki, görüşdə 17 müxalif partiyası təmsil olunub. Onun sözlərinə görə, 3 saata qədər davam edən görüşdə Azərbaycan cəmiyyətini, siyasi partiyaları düşündürən və dövlətin iqtisadi, siyasi, sosial, beynəlxalq münasibətlər sahəsindəki bütün fəaliyyətinə aid olan məsələlər haqqında danışılıb: “Bu görüşün davamlı olması həm hakimiyyət tərəfindən, həm də siyasi partiyalar tərəfindən çox zəruri həqiqət kimi qəbul olundu. Qərara gəldik ki, bundan sonra da onları maraqlandıran, narahat edən məsələlərin birgə müzakirə edilməsi və ortaq nəticəyə gəlinməsinə razılaşdıq".

Şöbə müdiri qeyd edib ki, bugünkü görüşdə həm siyasi partiyaların, həm hakimiyyətin, həm də azad medianın fəaliyyətinə aid olan məsələlər müzakirə olunub, açıq fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin siyasi partiyaların maliyyələşməsi, mənzil qərargahla təmin olunması, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştirak məsələləri, partiyalar və seçki institutlarının fəaliyyəti müzakirə olunub: “Düşünürük ki, kifayət qədər əlverişli və dinamik görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də mövzular təxmin olundu. Hakimiyyət nümayəndəsi olaraq biz onları dinlədik, ümumiləşdirdik və müvafiq olaraq qərar qəbul eləyən dövlət strukturlarının rəhbərlərinə, o cümlədən də ölkə prezidenti cənab İlham Əliyevə nəticələri çatdıracağıq”.

Ə. Həsənov onu da qeyd edib ki, müxalif partiyaların hamısı dialoqda iştirak etməyib. Onun sözlərinə görə, görüş bugünkü tədbirdə iştirak edən 17 partiyadan 8-nin təşəbbüsü ilə keçirilib. 

PA rəsmisi bildirib ki, gələcəkdə bütün siyasi partiyaların bu görüşlərə dəvət olunması ilə bağlı da müzakirə aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam