Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müxalifətdən ciddi təklif daxil olmamışdı”

 

“Azərbaycan dövlətinin maraqlarının formalaşmasında opponentlərimizin də rəylərinin nəzərə alınmasını istəyirik”

"Xeberinfo.com":  Məlumata görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hazırda davam edən iqtidar-müxalifət dialoqunda çıxışı zamanı deyib.
PA rəsmisi vurğulayıb ki, ayrı-ayrı təşkilatların, QHT-lərin rəyləri media vasitəsilə bəlli olsa da siyasi partiyaların rəyi mühüm əhəmiyyət kəsb edir: “Keçən görüşdən sonra mövzu məsələsi gündəmə gəlmişdi ki, tərəflər müzakirə edib, bunu razılaşdırılsın. 3 ay ərzində bəzi təkliflər daxil oldu və biz bunları saf-çürük etdik. Hamının marağını kəsb edəcək ciddi təklif daxil olmamışdı. Yeganə ciddi təklif “Azadlıq 2015” blokunun seçkiləri müzakirə etmək barədə təklif idi. Hazırda buna lüzum da görmürük ki, siyasi partiyalarla seçki islahatları və seçkini müzakirə edək. Ona görə də bu mövzudan vaz keçdik. 
Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının keçirilməsi və onun təşkilatı məsələləridir. Düşünürəm ki, cəmiyyətin siyasi institutuları da bundan kənarda qalmamalıdır.
Ə.Həsənov təklif edib ki, görüşlərdə əsas müzakirə mövzusu ilə yanaşı cari məsələlər də əlavə edilsin.
“Həmçinin digər partiyaları da maraqlandıran məsələri müzakirə edək. Təklif edirəm ki hər görüşün gündəminə cari məsələrin də müzakirəsini əlavə edək. Yəni buradakı partiyaların hansısa təklifini dəyərləndirək”. (azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam