Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Hakimiyyət siyasi opponentləri ilə dialoqa həmişə açıq olub

 

 

“Azərbaycan hakimiyyəti həmişə dialoqa hazır olub və dialoq əhvali-ruhiyyəsi ilə fəaliyyət göstərib”.

"Xeberinfo.com":  APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün ölkədəki əksər müxalifət partiyalarının sədrləri ilə keçirdiyi görüşündə deyib.

Şöbə müdiri xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ölkədə rifahın yüksəlməsi, iqtisadi islahatların aparılması ilə yanaşı davamlı olaraq siyasi islahatların da aparılmasının zəruriliyini vurğulayıb: “Modernləşmə siyasəti təkcə sosial-iqtisadi sahəni əhatə etmir, həm də dünyada təcrübədən keçmiş, özünü doğrultmuş siyasi islahatların sistem şəklində reallaşdırılmasını ehtiva edir: “Biz hesab edirik ki, Azərbaycan cəmiyyətinin inkişafı, daxili idarəçilik sisteminin təkmilləşdirilməsi söz və məlumat azadlığı, vətəndaş cəmiyyəti institutlarının iştirakı təmin edilmədən, siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür”.

PA rəsmisi deyib ki, ona görə də Azərbaycan hökumətinin media, qeyri-hökumət təşkilatları və siyasi partiyalarla görüşlər davamlı xarakter daşıyır: “Bu gün də keçirilən görüş məhz Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılıb. Partiyaların istədiyi məsələlər ətrafında müzakirə aparacağıq, onların fikirlərini dinləyəcəyik, ümumiləşdirəcəyik və mən, Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi onları müvafiq strukturlara, Prezident Administrasiyasına və Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdıracağam”.

Ə.Həsənov bildirib ki, siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şəraitində işləyən hakimiyyətlər güclü olur: “Ona görə də biz Azərbaycan hakimiyyətinin nümayəndəsi olaraq, siyasi opponentlərimizlə konstruktiv dialoqa həmişə açıq olmuşuq, bundan sonra da açıq olmağa davam edəcəyik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam